München, 2013. — 582 s.
Bu kitabda ömrünü Vətənin bütövlüyü, müstəqilliyi yolunda, millətin azadlığı uğrunda şam kimi əridən dəyərli ziyalı, məşhur jurnalist Mirzə Xəzərin son səkkiz ildə yazdığı məqalələr, şərhlər toplanıb. Kitabda həmçinin səkkiz ildə Mirzə Xəzərə müxtəlif dillərdə gələn məktublar, ona həsr olunan poema, məqalələr, şeirlər də var. Təəssüf ki, Mirzə Xəzərin səkkiz ildən öncəki zəngin arxivi əlindən alınıb, əlçatmaz yerə atılıb. Olsun! Arxivi əlindən alınan, gizlədilən təkcə Mirzə Xəzər deyil ki! Azərbaycanın bütün dəyərli övladlarının təkcə arxivini deyil, hətta adlarını Yer üzündən silmək istəyənlər çox olsa da, amma bu heç vaxt mümkün olmayacaq. Bir gün xalqdan gizlədilən, toz basan arxivlər açılacaq və onda toz tutan yaddaşlar da təmizlənəcək, kimin kim olduğu ortaya çıxacaq...